“Ariana Afghan Airlines” rəhbəri: "Qəzaya uğrayan təyyarə şirkətimizə məxsus deyil"

“Ariana Afghan Airlines” rəhbəri: "Qəzaya uğrayan təyyarə şirkətimizə məxsus deyil"
# 27 yanvar 2020 15:13 (UTC +04:00)

“Əfqanıstanda qəzaya uğrayan təyyarə “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus olmayıb”.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu “Ariana Afghan Airlines” aviaşirkətinin rəhbəri Mirvays Mirzakval deyib.

Herat hava limanının rəsmiləri isə bildiriblər ki, “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heratdan Hindistanın paytaxtı Delhiyə uçub və onun göyərtəsində 110 nəfər olub.

Xatırladaq ki, Herat-Kabul reysi ilə hərəkət edən “Ariana Afghan Airlines” aviaşirkətinə məxsus olduğu iddia edilən sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə Əfqanıstanın şərqində, Qəzni vilayətinin Deh Yak rayonunda baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR