BMT İranın Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda iştirakını sübut edə bilməyib

BMT İranın Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumda iştirakını sübut edə bilməyib
# 11 dekabr 2019 11:01 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri İranın Səudiyyə Ərəbistanının neft emalı obyektlərinə hücumda iştirakını sübut edə bilməyib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nın baş katibi Antoniu Quterreşin Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, BMT-nın ekspertləri tərəfindən sentyabr ayında “Saudi Aramco” dövlət şirkətinə məxsus neft zavodlarına hücumda istifadə olunmuş raketlərin və pilotsuz uçuş aparatlarının qalıqları araşdırılıb.

BMT və digər ölkələr istintaq üçün öz ekspertlərini göndəriblər. Araşdırma tamamlandıqdan sonra nəticələr ictimaiyyətə təqdim olunacaq. BMT Təhlükəsizlik Şurası növbəti həftə bu hesabatı müzakirə edəcək.

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR