Bağdadda ABŞ hərbçilərinin olduğu baza raket atəşinə məruz qalıb

Bağdadda ABŞ hərbçilərinin olduğu baza raket atəşinə məruz qalıb
# 13 iyun 2020 23:24 (UTC +04:00)

İraqda ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi Taci avibazası yaxınlığına raket mərmisi atılıb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“İraqda ABŞ hərbçilərinin yerləşdiyi Taci bazasına raket düşüb”, - deyə telekanalın təcili yayılan məlumatında qeyd olunub.

Raket zərbəsi nəticəsində tələfat və ya dağıntı barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR