Bağdadda diplomatik nümayəndəliklərin yerləşdiyi "yaşıl bölgə" raket atəşinə tutulub

#
# 07:12
28 avqust 2020

İraqın paytaxtı Bağdadda hökumət qurumlarının və xarici diplomatik nümayəndəliklərin, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi “yaşıl bölgə” istiqamətində 3 raket atılıb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Hədət” telekanalı məlumat yayıb. 

Raketlərin binalara dəymədən açıq əraziyə düşdüyü bildirilib. 

Qeyd edək ki, xəsarət alan olmayıb. Dağıntılar barədə hələlik məlumat verilməyib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR