Bəhreynin Baş naziri 84 yaşında vəfat edib

Bəhreynin Baş naziri 84 yaşında vəfat edib
# 11 noyabr 2020 13:30 (UTC +04:00)

Bəhreynin Baş naziri Şeyx Xəlifə bin Salman əl-Xəlifə 84 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Bəhreyn Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Baş nazir bu gün ABŞ-da müalicə aldığı klinikada vəfat edib.

Baş nazirin ölümü ilə əlaqədar Bəhreyndə bir həftəlik matəm elan edilib və dövlət bayraqları yarıyadək endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR