Britaniya Hindistana tibb avadanlıqlarından ibarət yardım göndərib

Britaniya Hindistana tibb avadanlıqlarından ibarət yardım göndərib
# 26 aprel 2021 05:36 (UTC +04:00)

Böyük Britaniya hökuməti koronavirus pandemiyası ilə mübarizə üçün Hindistana süni tənəffüs aparatları və digər tibbi avadanlıqlardan ibarət yardım göndərib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın XİN rəhbəri Dominik Raab özünün “Twitter” səhifəsində bildirib.

“Bu gün istifadə edilməmiş bir neçə tibbi avadanlıqların birinci partiyasını həyatları xilas etmək və ağır COVID-19 xəstələrini müalicə etmək üçün təcili olaraq Hindistandakı dostlarımıza göndərdik. Hamılıqla birlikdə təhlükəsizlikdə olmayana qədər heç birimiz təhlükəsiz şəraitdə olmayacağıq”, - nazir belə deyib.

Bundan əvvəl Britaniyanın Baş naziri Boris Conson koronavirusun Hindistanda yayılma sürətinin artması və xəstəliklə mübarizədə resursların olmaması səbəbindən bu ölkəyə dəstək verəcəyinə dair vəd vermişdi. Britaniyanın göndərdiyi ilk yardım partiyası ilə Hindistan 495 oksigen qatılaşdırıcısı və 120 süni tənəffüs aparatı alacaq.

Qeyd edək ki, ardıcıl olaraq dördüncü gündür ki, Hindistanda sutkalıq olaraq 300 mindən çox koronavirus infeksiyasına yoluxma və 2 mindən çox ölüm halları qeydə alınır. Aprelin 15-dən bəri ölkədə hər gün 200 mindən çox yoluxma halları müşahidə edilir. Mütəxəssislərin fikrincə, bu cür artım davam edərsə, gündəlik yoluxma sayı may ayında 500 minə çata bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR