Çavuşoğlu Baydenin "erməni soyqırımı" ifadəsi işlətməsini populizm adlandırıb

Çavuşoğlu Baydenin "erməni soyqırımı" ifadəsi işlətməsini populizm adlandırıb
# 24 aprel 2021 20:18 (UTC +04:00)

“Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Əsası populizm olan bu ifadələri rədd edirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici iİşlər naziri Mövlud Çavuşoğlu “twitter” səhifəsində ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsilə əlaqədar mövqeyini bildirərkən yazıb.

“Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı xəyanət edir”, deyə M.Çavuşoğlu ABŞ Prezidentinin bu açıqlamasına etiraz edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR