Çin XİN: ABŞ-da prezident seçkilərinə müdaxilə etməkdə heç bir marağımız yoxdur

Çin XİN: ABŞ-da prezident seçkilərinə müdaxilə etməkdə heç bir marağımız yoxdur
# 30 aprel 2020 13:19 (UTC +04:00)

ABŞ-da prezident seçkilərinə müdaxilə etməkdə Çinin heç bir marağı yoxdur.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Genq Şuanq bildirib.

Çin XİN-in sözçüsü seçkilərin ABŞ-ın daxili işi olduğunu və amerikalıların Çini bu məsələnin içinə çəkməyə çalışmayacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Reuters"ə müsahibəsində noyabr ayında keçiriləcək seçkilərdə onun qalib gəlməməsi üçün rəsmi Pekinin "əlindən gələni edəcəyini" deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR