Çində koronavirusdan ölənlərin sayı 1500-ü keçib, 66,4 mindən çox insan bu virusun daşıyıcısıdır - YENİLƏNİB

Çində koronavirusdan ölənlərin sayı 1500-ü keçib, 66,4 mindən çox insan bu virusun daşıyıcısıdır - YENİLƏNİB
# 15 fevral 2020 04:30 (UTC +04:00)

Çində koronavirus qurbanlarının sayı 1523 nəfərə çatıb, 8096 nəfər isə ölümcül virusdan xilas ola bilib. Hazırda ölkədə 66,4 mindən çox virus daşıyıcısı var.

APA xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Təkcə Hubey əyalətində yeni koronavirus xəstəliyinə yoluxanların sayı 54,4 min nəfəri keçib, onlardan 1457 nəfər ölüb, 4774 insan sağalaraq xəstəxanaları tərk edib.

Məlumata görə, xəstəliyin pik həddə yayıldığı Uhan şəhərində (Hubeyin inzibati mərkəzi) yoluxanların sayı 37,9 mindən çoxdur. İkinci yerdə Syaoqan (3,1 min yoluxma halı), üçüncü isə Huanqandır (2,8 min yoluxma halı). Bölgənin digər dörd şəhərində isə bu göstərici min nəfəri ötüb.

Bundan əlavə, ölkədə virusa yoluxma şübhəsinin yarandığı 8,9 mindən çox insan var, onlar hazırda karantin altındadır. Virusa yoluxmuş insanlarla yaxın təmasda olan 169 mindən çox ölkə vətəndaşı da tibbi nəzarətdə saxlanılır.

***

Saat 04:06

Çinin Hubey əyalətində yeni növ koronavirus epidemiyasına yoluxanların sayı 54,4 mini keçib. Son sutka ərzində 139 yeni ölüm faktı qeydə alınıb.

APA xəbər verir ki, bu barədə regionun Səhiyyə Komitəsi məlumat yayıb.

Ümumilikdə Hubeydə bu virusdan ölənlərin sayı 1457 nəfərdir.

Regionda son sutkada 2420 yoluxma halkı qeydə alınıb ki, nəticədə virus daşıyıcılarının sayı ümumilikdə 54406 nəfərə çatıb. Xəstəlikdən sağalmışların sayı 912 nəfər artıb. Ümumilikdə 4774 nəfər müalicə üsulu ilə koronavirusdan xilas olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR