Çində qaz emalı zavodunda baş vermiş yanğında 5 nəfər ölüb

Çində qaz emalı zavodunda baş vermiş yanğında 5 nəfər ölüb
# 03 noyabr 2020 09:11 (UTC +04:00)

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunun Beyhay şəhərində PipeChina şirkətinə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) zavodunda baş verən yanğın zamanı azı 5 nəfər ölüb, daha 3 nəfər ağır yaralanıb və bir nəfər itkin düşüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 11:45-də (Bakı vaxtı ilə 07:45-də) baş verib. Saat 11:55-ə qədər (Bakı vaxtı ilə 07:55) yanğın nəzarət altına alınıb.

Telekanalın verdiyi məlumata görə, yaralıların hamısına tibbi yardım göstərilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Yanğının səbəbi müəyyənləşdirilir və araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR