Çində son sutka ərzində cəmi 19 nəfər koronavirusa yoluxub

#
# 04:35
10 mart 2020

Çində son bir gün ərzində yeni növ koronavirus infeksiyası qurbanlarının sayı 17 nəfər, virusa yoluxanların sayı isə 19 nəfər artıb, daha 1297 nəfər sağalıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi açıqlama verib.

Məlumata görə, epidemiyanın yayıldığı bütün dövr ərzində ölkədə virusa yoluxanların sayı 80,7 min nəfərə çatıb, onlardan 59,8 min nəfəri sağalıb, 3136 nəfər ölüb, son 24 saat ərzində isə bütün ölüm halları Hubey əyalətində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR