Çində sutka ərzində 36 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Çində sutka ərzində 36 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
# 01 aprel 2020 10:36 (UTC +04:00)

Çində sutka ərzində 36 koronavirusa yoluxma halı qeydə alınıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə dövlət komitəsi bu gün məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 7 nəfər ölüb.

Koronavirusun ilk dəfə qeydə alındığı Hubey əyalətində sutka ərzində xəstəliyə bir yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb, 173 nəfər sağalıb.

Bir ölüm faktı isə Şanxayda qeydə alınıb.

Martın 31-ə olan məlumata əsasən, Çində ümumilikdə koronavirusa yoluxanların sayı 81 554 nəfərə çatıb, xəstəliyə yoluxanlardan 76 238 nəfər sağalaraq xəstəxanalardan buraxılıblar, 3312 nəfər həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR