Çində uşaq bağçasına silahlı hücum edilib, 2 azyaşlı ölüb, 16-sı yaralanıb

Çində uşaq bağçasına silahlı hücum edilib, 2 azyaşlı ölüb, 16-sı yaralanıb
# 29 aprel 2021 06:15 (UTC +04:00)

Çinin Beylu şəhərində naməlum şəxs özəl uşaq bağçasına bıçaqla hücum edib.

APA Sinxua agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində uşaqlardan 2-si ölüb, 16-sı yaralanıb.

14 uşağa tibbi yardım göstərilib, onlardan 2-si əməliyyata götürülüb.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Hadisənin motivləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR