Çinin neft-qaz şirkətində güclü yanğın olub

Çinin neft-qaz şirkətində güclü yanğın olub
# 16 may 2020 22:20 (UTC +04:00)

Çinin şimal-şərqindəki Lyaonin əyalətində yerləşən Çin Milli Neft-Qaz Şirkətinin (CNPC) obyektlərinin birində böyük yanğın baş verib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, yanğın yerli vaxtla 21:30-da (Bakı vaxtı ilə 17:30) Fuşun şəhərində qeydə alınıb. Yanğının baş verməsinə ildırım düşməsinin səbəb ola biləcəyi ehtimal olunur.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə çalışır. Zərərçəkənlər barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR