Cənubi Koreyada 18-ci koronavirus daşıyıcısı qeydə alınıb

Cənubi Koreyada 18-ci koronavirus daşıyıcısı qeydə alınıb
# 05 fevral 2020 08:45 (UTC +04:00)

Koreya Respublikasında yeni növ 2019-nCoV koronavirus infeksiyası ilə əlaqəli iki yeni yoluxma halı təsdiqlənib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, ölkədəki ümumi yoluxanların sayı 18-ə çatıb.

Məlumata görə, xəstələrdən biri Sinqapuru ziyarət edən və orada virus daşıyıcısı olan bir malayziyalı ilə əlaqə saxlayan 38 yaşlı şəxsdir. İkinci yoluxmuş şəxs əvvəllər xəstəxanaya müraciət edən xəstələrdən birinin 21 yaşlı qızı olub.

Xəstələr ətrafdan təcrid olunub, rəsmilər infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün bütün təmasları izləyirlər. Hazırda 129 nəfər karantin altındadır, daha 1,3 min nəfərin qanında koronavirus şübhəsi yoxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR