Cənubi Koreyada bir neçə avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb

Cənubi Koreyada bir neçə avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb
# 14 dekabr 2019 10:32 (UTC +04:00)

Cənubi Koreyanın cənub-şərqindəki magistral yolda bir neçə avtomobilin toqquşması nəticəsində altı nəfər ölüb, ən azı 14 nəfər yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, qəza Seuldan 301 kilometr cənubda baş verib.

Hadisə zamanı 7 maşın yanıb. 100-ə yaxın yanğınsöndürən 44 xüsusi nəqliyyat vasitəsi ilə alovu iki saat ərzində söndürüb.

Qəzaya səbəb yolun buz bağlaması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR