Cənubi Koreyada martdan bəri koronavirusa gündəlik ən yüksək yoluxma qeydə alınıb

Cənubi Koreyada martdan bəri koronavirusa gündəlik ən yüksək yoluxma qeydə alınıb
# 27 avqust 2020 11:40 (UTC +04:00)

Cənubi Koreyada mart ayının 7-dən bəri yeni növ koronavirusa (COVID-19) gündəlik ən yüksək yoluxma qeydə alınıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Naziliyi bildirib.

Son sutka ərzində ölkədə koronavirusa 441 yeni yoluxma baş verib.

Nazirlikdən bildirilib ki, aktiv yoluxma halı daha çox paytaxt Seuldakı Saranq-ceyl kilsəsi ətrafında qeydə alınıb.

Qeyd edək ki, pandemiyanın başladığı ilk vaxtlarda Cənubi Koreya virusun yayılmasını effektiv şəkildə nəzarətdə saxladığı üçün beynəlxalq təqdir qazanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR