Dövlət Baxçalı: “1915-ci il hadisələrində soyqırım izi axtaranlar türk millətinə düşmənçilik edənlərdir”

Dövlət Baxçalı: “1915-ci il hadisələrində soyqırım izi axtaranlar türk millətinə düşmənçilik edənlərdir”
# 24 aprel 2021 21:58 (UTC +04:00)

“Tarixin siyasətçilər tərəfindən sui-istifadə və inkaretmə vasitəsinə çevrilməsi sivilizasiyalarla millətlər arasındakı uçurumu dərinləşdirməklə yanaşı, nəsillərin qütbləşməsinə də yol açacaqdır. Bunun heç kimə və heç bir ölkəyə xeyri olmayacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı özünün “twıtter” səhifəsində bunu yazıb.

D.Baxçalı bildirib ki, 1910-cu illərdə erməni dəstələri vəhşiliklə uşaq, qadın və yaşlı demədən Anadolu coğrafiyasının hər yerində şiddət tətbiq edərək xain və vəhşi bir terror əməliyyatı icra ediblər: “1915-ci il hadisələri kürəyindən xəncər saplanan bir imperatorluğun təbii refleksi, doğru bir qərarı, tarazlı addımı idi. Üstəlik, deportasiya o dövrdə milli təhlükəsizlik üçün məcburi bir seçim idi. Burada soyqırımı izi axtaranlar türk millətinə düşmənçilik edən dairələrdir”, deyə MHP sədri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR