Filippində 5,7 bal gücündə zəlzələ olub

#
# 03:37
2 mart 2020

Filippinin şərqində 5,7 bal gücündə zəlzələ baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Filippinin Vulkanologiya və Seysmologiya İnstitutunun verdiyi məlumatda deyilir.

Zəlzələ yerli vaxtla 05:19-da (Bakı vaxtı ilə 01:19) qeydə alınıb. Zəlzələnin episentri Leyte əyalətindəki Kapukan bələdiyyəsindən 8 kilometr şimal-qərbdə, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR