Filippində təbii fəlakət nəticəsində ölənlərin sayı 41-ə çatıb

Filippində təbii fəlakət nəticəsində ölənlərin sayı 41-ə çatıb
# 29 dekabr 2019 10:55 (UTC +04:00)

Filippində "Ursula" qasırğası nəticəsində ölənlərin sayı 41-ə çatıb.

APA-nın "ABC-SBN News" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Milli Fəlakət Riskinin Azaldılması və İdarə olunması Şurası məlumat yayıb.

Şuranın xəbərinə görə, təbii fəlakət nəticəsində 12 nəfər itkin düşüb, 28 nəfər isə xəsarət alıb.

Daha əvvəl 28 nəfərin öldüyü bildirilmişdi.

Qeyd edək ki, dekabrın 24-də axşam saatlarında "Ursula" qasırğası Filippinin Antik, Mindoro, Palavan, Aklan və Romblon əyalətlərini vurub. Qasırğa nəticəsində təxminən 2 000 evə və 55 məktəbə ziyan dəyib, 150 şəhərdə elektrik enerjisi kəsilib, 44 000 insan təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR