Fəxrəddin Qoca: “Türkiyə birinci dalğanın ikinci zirvəsindədir”

Fəxrəddin Qoca: “Türkiyə birinci dalğanın ikinci zirvəsindədir”
# 02 sentyabr 2020 21:28 (UTC +04:00)

“Xəstələrin və ölüm sayının artımından məyusuq. Son dönəmdə ən ciddi artım Ankaradadır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun növbəti toplantısından sonra deyib.

Nazir bildirib ki, ölkə boyu COVID-19 infeksiyasının yayılması nəzarətdədir və Türkiyə birinci dalğanın 2-ci zirvəsindədir.

F.Qoca vurğulayıb ki, indiyədək 29 min 865 səhiyyə işçisi COVID-19 infeksiyasına yoluxub, 52 səhiyyə işçisi isə bu virusdan həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR