Hindistanda binanın çökməsi nəticəsində 13 nəfər ölüb

Hindistanda binanın çökməsi nəticəsində 13 nəfər ölüb
# 26 avqust 2020 06:18 (UTC +04:00)

Hindistanda Mumbai şəhərinin 165 km cənubunda yerləşən Mahadda sənaye şəhərciyində beşmərtəbəli yaşayış binası çöküb.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, xilasedicilər 28 saatdan sonra dağıntılar altından 13 nəfərin cəsədini çıxarıb.

Bina sakinlərindən 76 nəfər sağ qalsa da, 6 nəfərin hələ də itkin düşdüyü bildirilir.

Hadisə nəticəsində ağır yaralanan 18 nəfər xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, binanın tikintisi zamanı standartlara uyğun olmayan materiallardan istifadə edilib.

Polisin verdiyi məlumata görə, binanı tikən mühəndislərə qarşı cinayət işi başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR