Hindistanda koronavirusa sutkalıq yoluxma rekorda çatıb

Hindistanda koronavirusa sutkalıq yoluxma rekorda çatıb
# 24 aprel 2021 09:36 (UTC +04:00)

Hindistanda yeni növ koronavirusa (COVID-19) sutkalıq yoluxma sayı 346 786-ya çatıb, 2,6 mindən çox insan ölüb. Bu, pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricilərdir.

APA-nın məlumatına görə, bu barədə Hindistanın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Hindistan koronavirusa yoluxma sayına görə dünyada ikincidir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 16,6 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb, 13,8 milyondan çox insan sağalıb, 189,5 min nəfər ölüb.

Xatırladaq ki, Hindistanda koronavirus xəstələrinin sayında artım fevral ayının ortalarından bəri davam edir. Nəticədə COVID-19-dan müalicə alanların sayı 2,55 milyonu ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR