Hindistanda son sutkada COVID-19-a 200 mindən çox yoluxma qeydə alınıb
15 aprel 2021 10:54 (UTC +04:00)
Hindistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 200 739 yoluxma qeydə alınıb.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda xəstəlikdən 1038 nəfər ölüb. Bununla da indiyə qədər COVID-19-da ölənlərin ümumi sayı 173 123 nəfərə çatıb.
Qeyd edək ki, infeksiyaya yoluxanların sayına görə Hindistan sadəcə ABŞ-dan geri qalır. ABŞ-da indiyədək 31.4 milyon nəfər, Hindistanda isə 14.1 milyon nəfər yeni növ koronavirusa yoluxub.
Asiya
Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub, bəzi evlər zərər görüb - YENİLƏNİB
22:25
18 aprel 2024
"Lufthansa" Tehran və Beyruta uçuşlarını aprelin 30-na qədər ləğv edib
16:32
18 aprel 2024
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:44
18 aprel 2024
Türkiyədə 4,7 maqnitualı zəlzələ olub
03:37
18 aprel 2024