Hindistanda son sutkada COVID-19-a 323 144 yoluxma qeydə alınıb

Hindistanda son sutkada COVID-19-a 323 144 yoluxma qeydə alınıb
# 27 aprel 2021 11:20 (UTC +04:00)

Hindistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 323 144 yeni yoluxma qeydə alınıb.

APA-nın ANI agentliyinə istinadən verdiyi xəbərə görə, son 24 saat ərzində ölkədə 2 771 nəfər koronavirusdan vəfat edib.

Hindistanda indiyə qədər xəstəlikdən ölənlərin sayı 197 894 nəfərə çatıb.

Hindistanda indiyə qədər COVID-19-a yoluxanların sayı 17 milyonu ötüb.

Hazırda pandemiyanın mərkəzi Hindistandır, ölkədə tibbi ləvazimatlar və oksigen çatışmazlığı var. Ölkə xəstəxanalarında xəstələr üçün çarpayıların çatışmadığı bildirilir.

Artıq Böyük Britaniya, Fransa bu ölkəyə ventilyatorlar, çarpayılar göndərib, ABŞ, Almaniya və digər ölkələr isə COVID-19-la mübarizədə Hindistana yardım edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR