Hindistanda son sutkada COVID-19-a 357 229 yoluxma qeydə alınıb

Hindistanda son sutkada COVID-19-a 357 229 yoluxma qeydə alınıb
# 04 may 2021 10:31 (UTC +04:00)

Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 357 229 yoluxma halı qeydə alınıb.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 20,3 milyonu ötüb.

Son 24 saat ərzində 3449 nəfər koronavirusdan ölüb və bununla da Hindistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 222 408 nəfərə çatıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR