Hindistanda son sutkada koronavirusa 386 452 nəfər yoluxub

#
# 09:34
30 aprel 2021

Hindistanda son sutkada koronavirusa 386 452 yoluxma qeydə alınıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu, pandemiya başlayandan ən yüksək sutkalıq göstəricidir.

Hindistan dünyada koronavirusa yoluxma sayına görə ikinci yerdədir.

İndiyədək bu ölkədə 18,7 milyondan çox adam virusa yoluxub, 208 min nəfər dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR