Hindistanda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın PTI informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, qəza bu gün Tamilnad ştatında qeydə alınıb.
İçərisində 50 nəfərin olduğu sərnişin avtobusu yük maşını ilə toqquşub.
Qəza nəticəsində 19 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.