Hindistanın cənubunda güclü yağışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB

Hindistanın cənubunda güclü yağışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNİB
# 02 dekabr 2019 23:00 (UTC +04:00)

Hindistanın Tamilnad əyalətində son dörd gündə yağan leysan yağışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.

Bundan əvvəl yayılan məlumatda qeyd olunurdu ki, səhər saatlarında Koimbatur şəhərinin yaxınlığındakı bir kənddə güclü yağış səbəbindən evlərin divarları çöküb. Nəticədə 17 nəfərin öldüyü təsdiqlənmişdi.

Daha 8 nəfər güclü yağışın səbəb olduğu müxtəlif bədbəxt hadisələr nəticəsində həyatını itirib. Hökumət artıq bütün ölənlərin ailələrinə kompensasiya ayırıb.

Bundan əlavə, qəzetin yazdığına görə, musson yağışlarından ən çox zərər çəkən Tamilnad əyalətindəki Tutikorin, Kuddalur və Tirunelveli bölgələrində təxminən 1000-dək sakin təcili yardıma ehtiyacı olanlar üçün düşərgələrə yerləşdirilib.

Güclü yağışlar, həmçinin 58 mal-qaranın da tələf olmasına səbəb olub. Təxminən 1,7 min evə ziyan dəyib.

***

Saat 19:32

Hindistanda güclü yağışlar nəticəsində 17 nəfər ölüb.

APA-nın "TASS"-a istinadən verdiyi xəbərə görə, Tamilnad əyalətində yağıntılar nəticəsində 16 metr uzunluğundakı divar 3 evin üstünə aşıb. Həmin evdə yaşayan 17 nəfər ölüb. Onlardan 2-si uşaqdır.

Qeyd edək ki, bölgədə həftə sonunda güclü yağışlar başlayıb. Sinoptiklər yağıntıların daha bir neçə gün davam edəcəyini açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR