Honkonq polisi 50 aktivisti həbs edib

Honkonq polisi 50 aktivisti həbs edib
# 06 yanvar 2021 10:51 (UTC +04:00)

Honkonq polisi 50 aktivisti həbs edib.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, həbs olunanlar arasında keçmiş deputatlar da var.

Aktivistlər ötən il Honkonqun qanunverici orqanı üçün keçirilən qeyri-rəsmi seçkilərdə iştirak edərək yeni milli təhlükəsizlik qanununu pozmaqda ittiham olunur. Bu, ötən ilin iyun ayında Pekin tərəfindən yeni milli təhlükəsizlik qanunu qəbul edildiyi gündən bəri ən genişmiqyaslı kütləvi həbslərdir.

Polis həbslərlə bağlı heç bir şərh verməyib.

Bildirilib ki, Honkonqun ən böyük müxalifət partiyası olan Honkonq Demokratik Partiyasının ən azı 7 üzvü, həmçinin partiyanın keçmiş sədri Vu Çi-vai də həbs olunanlar arasındadır.

Sabiq deputatlar Lam, Helena Vonq və Ceyms To da həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR