Hubey əyalətində koronavirusdan ölənlərin sayı 1068-ə yüksəlib

Hubey əyalətində koronavirusdan ölənlərin sayı 1068-ə yüksəlib
# 12 fevral 2020 02:39 (UTC +04:00)

Çinin Hubey əyalətində koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 1068 nəfərə çatıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Regional Sağlamlıq Komitəsi məlumat yayıb.

Yeni virusa yoluxanların sayının isə 33 366 nəfər olduğu bildirilib. Onlardan 2639 nəfər sağaldığına görə xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, vilayətdə 1638 nəfər yeni virusa yoluxub ki, bunun 1110-u koronavirusun episentri hesab edilən Uhan şəhərində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR