İçərisində 53 nəfərin olduğu sualtı qayıq İndoneziya sahillərində yoxa çıxıb

#
# 14:34
21 aprel 2021

İçərisində 53 nəfərin olduğu sualtı qayıq İndoneziya sahillərində yoxa çıxıb. 

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, İndoneziyanın Hərbi Dəniz Qüvvələri tərəfindən sualtı qayığın axtarışı aparılır.  

Qeyd olunub ki, 1981-ci ildə Almaniya istehsalı olan “KRI Nanggala 402” Bali adasında təlim keçirmiş.

İndoneziya sualtı qayığın axtarışına kömək üçün Sinqapur və Avstraliyaya müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR