İdlibdə iki türk əsgəri şəhid olub

İdlibdə iki türk əsgəri şəhid olub
# 27 fevral 2020 05:18 (UTC +04:00)

Suriyanın İdlib bölgəsində Türkiyənin 2 hərbi qulluqçusu şəhid olub, daha ikisi yaralanıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, sülhü qorumaq üçün İdlibdə olan Türkiyə Silahlı Qüvvələrinin hədəflərinə havadan hücum edilib. Nəticədə Türkiyə ordusu itki verib.

Nazirliyin verdiyi məlumata görə, hücumdan sonra Türkiyə ordusu bölgədə rejim qüvvələrinə qarşı dərhal cavab verib və 114 hədəf zərərsizləşdirilib. Düşmənin bir neçə hərbi texnikası ələ keçirilib və ya məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR