İndoneziya sahillərində 5,6 maqnitudalı zəlzələ olub

İndoneziya sahillərində 5,6 maqnitudalı zəlzələ olub
# 11 may 2020 06:20 (UTC +04:00)

İndoneziyanın şərqində, Tanimbar adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə saat 05:06-da qeydə alınıb. Zəlzələnin episentri Saumlaki kəndindən 259 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

İndoneziyanın Milli Meteorologiya, İqlim və Geofizika İdarəsinin məlumatına görə, zəlzələnin gücü 5,7 bal olub.

Zəlzələ zmanı tələfat və dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR