İndoneziyada "Boeing 737" təyyarəsinin qəzaya uğradığı yer aşkarlanıb - YENİLƏNİB

İndoneziyada "Boeing 737" təyyarəsinin qəzaya uğradığı yer aşkarlanıb - YENİLƏNİB
# 10 yanvar 2021 09:18 (UTC +04:00)

Dalğıclar İndoneziyada "Boeing 737" təyyarəsinin qəzaya uğradığı yeri aşkarlayıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İndoneziya Silahlı Qüvvələrinin marşalı Xadi Tçaxdjanto bildirib.

X. Tçaxdjanto deyib ki, təyyarənin qalıqları Yava dənizində 23 metr dərinlikdə aşkarlanıb və suda görüntünün yaxşı olması təyyarənin bəzi hissələrinin çıxarılmasına imkan verib.

***

saat 08.26

İndoneziyada qəzaya uğramış “Boeing 737” tipli sərnişin təyyarəsinin qalıqlarının tapıldığı yerdən insan cəsədlərinin hissələri, geyimlər və təyyarənin metal qırıntıları xilasedicilər tərəfindən Yava dənizindən çıxarılıb.

APA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi rəsmi qurumlara istinadən məlumat yayıb.

Milli Axtarış-Xilasetmə Agentliyinin rəhbərinin sözlərinə görə, həmin hissələr və detallar Lankanq və Laki adaları arasında tapılıb.

İndoneziyanın nəqliyyat naziri Budi Kariya Sumadi jurnalistlərə açıqlamasında bildirib ki, təyyarənin düşdüyü yer müəyyən edildikdən sonra bütün qüvvələr axtarış işləri üçün oraya göndərilib.

Hərbçilər hidrolokasiya qurğusu vasitəsilə təyyarə radarlardan itməzdən əvvəl pilotların son əlaqə qurması anından etibarən məlum olan koordinatlara uyğun yeri müəyyən edə bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR