İndoneziyada güclü sel nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb

İndoneziyada güclü sel nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb
# 18 iyul 2020 07:32 (UTC +04:00)

İndoneziyanın Cənubi Sulavesi əyalətində baş verən sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, 3 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

APA “Sinhua” xəbər agentliyinə istinadən xəbər verir ki, daha 16 nəfər də itkin düşmüş hesab olunur. Evlər və infrastruktura ciddi ziyan dəyib.

“İtkin düşmüş şəxslərin axtarışı və xəsarət alan sakinlərin təxliyəsi mütəmadi olaraq xilasedicilər tərəfindən aparılır”, - deyə agentlik təbii fəlakətin fəsadlarının aradan qaldırılması üzrə milli idarənin nümayəndəsi Raditia Catidən sitat gətirib.

Onun sözlərinə görə, əməliyyatda 359 xilasedici iştirak edir. Palçıq və qumla dolu güclü axınlar 4000 evi su altında qoyduğundan 3000-dən çox sakin bir neçə yerə sığınmalı olub.

Daşqınlar, həmçinin 13 kilometrə yaxın yolu, doqquz körpünü, 13 dini və doqquz məktəb binasını, səkkiz ofis binasını, iki ictimai binanı və bazar kompleksini dağıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR