İndoneziyada itkin düşmüş sualtı gəminin oksigen ehtiyatı bitib

İndoneziyada itkin düşmüş sualtı gəminin oksigen ehtiyatı bitib
# 24 aprel 2021 06:32 (UTC +04:00)

İndoneziyalı xilasedicilər Bali dənizində itkin düşən “Nanqala sualtı gəmisinin axtarışlarını davam etdirirlər.

APA TASS-a istinadən xəbər verir ki, ölkənin Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Yudo Marqononun sözlərinə görə, gəmi heyətinin həyatını təmin etmək üçün oksigen tədarükü şənbə günü yerli vaxtla saat 03:00-da (Bakı vaxtı ilə saat 00:00) başa çatıb.

“Detik” xəbər portalı yazır ki, xilasedicilər 50-100 m dərinlikdə elektromaqnit dalğa qeydə ala biliblər. Bunun itkin düşmüş sualtı gəmidən gələ biləcəyi ehtimal olunur. Silahlı Qüvvələrin mətbuat xidmətinin rəhbəri general-mayor Əhməd Riadın sözlərinə görə, “xüsusi texnika ilə təchiz olunmuş gəmilərdən biri tezliklə axtarış bölgəsinə gələcək və dalğanın qəbul olunduğu mənbənin yerini müəyyənləşdirəcək”.

İlkin hesablamalara görə, sualtı gəmi Bali dənizinin şimal sahillərindən təxminən 90 km məsafədə yoxa çıxıb.

Bundan əvvəl İndoneziyanın Müdafiə Nazirliyi “Nanqala” gəmisinin yoxa çıxdığı ərazidə neft ləkəsinin meydana gəldiyini bildirmişdi. 53 nəfəri daşıyan dizel mühərrikli sualtı gəmi Bali dənizində torpedo atışlarında iştirak edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR