İndoneziyada yol qəzasında 24 nəfər ölüb, 16 nəfər yaralanıb

İndoneziyada yol qəzasında 24 nəfər ölüb, 16 nəfər yaralanıb
# 24 dekabr 2019 12:04 (UTC +04:00)

İndoneziyada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın "Xinhua" agentliyinə istinadən verdiyi xəbərə görə, yol qəzası Cənubi Sumatra əyalətində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusunun sürücüsü idarəetməni itirib, avtobus yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində 24 nəfər ölüb, 16 nəfər ağır yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR