İndoneziyanın göyərtəsində 53 nəfərin olduğu sualtı qayığı tapılıb

İndoneziyanın göyərtəsində 53 nəfərin olduğu sualtı qayığı tapılıb
# 24 aprel 2021 12:56 (UTC +04:00)

İndoneziyanın Bali sularında itkin düşmüş sualtı qayığı tapılıb.

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi İndoneziya Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisinə istinadən məlumat yayıb.

“Nanqala” sualtı qayığının Bali dənizində 850 m dərinlikdə aşkarlandığı bildirilir.

Qayıqdakıların aqibəti barədə hələlik xəbər verilmir.

Qeyd edək ki, göyərtəsində 53 nəfərin olduğu sualtı qayıq bir neçə gün əvvəl Bali dənizinin şimal sahillərindən təxminən 90 km məsafədə təlimlərdə iştirak edən zaman yoxa çıxmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR