İran Arazın sahilində təhlükəli ərazilərdə bəndlərin bərkidilməsi prosesini davam etdirir

İran Arazın sahilində təhlükəli ərazilərdə bəndlərin bərkidilməsi prosesini davam etdirir
# 24 iyun 2020 13:51 (UTC +04:00)

“İran Araz çayı boyunca təhlükəli ərazilərdə bəndlərin bərkidilməsi prosesini davam etdirir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Poldəşt şəhərinin meri Tehran Səfəri deyib.

O bildirib ki, hazırda Araz çayının Poldəşt şəhəri sahilində 6700 metr uzunluğunda bəndlərin bərkidilməsi layihəsi icra olunur. Layihəyə 25 milyard tümən vəsait ayrılıb.

Mer İran və Azərbaycan arasında çay sahilində bəndlərinin bərkidilməsinə dair əməkdaşlıq protokollarının olduğunu xatırladıb: “Məqsəd çayın yatağının, eləcə də bəzi kəndlərin daşqınlardan qorunmasıdır. İndiyədək Araz çayının sahilində 23 kilometr məsafədə bəndlər bərkidilib. İlin sonuna kimi, Araz çayının sahilində bəndlərin bərkidilməsi layihəsi tamamlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR