İran Fars körfəzində Küveytin 3 gəmisini saxlayıb

İran Fars körfəzində Küveytin 3 gəmisini saxlayıb
# 19 yanvar 2020 18:05 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu Fars körfəzində Küveytə məxsus 3 gəmi saxlandığını bəyan edib.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu gəmilərin İranın ərazi sularına daxil olduğu üçün saxlanıldığını bildirib.

Küveyt məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR