İran Nətənz nüvə obyektində yeni və müasir sentrifuqlar quraşdırıb

İran Nətənz nüvə obyektində yeni və müasir sentrifuqlar quraşdırıb
# 22 aprel 2021 06:06 (UTC +04:00)

İranın Nətənz şəhərindəki nüvə obyektində uranın zənginləşdirilməsi üçün yeni, daha müasir sentrifuqlar quraşdırılıb.

APA xəbər verir ki, bu barədə “Reuters” Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) istinadən məlumat yayıb.

Məlumata görə, müəssisədə “maksimum 1044 IR-2m sentrifuqdan ibarət altı kaskad və maksimum 348 IR-4 sentrifuqdan ibarət iki kaskad yerləşdirilib, onlardan bəziləri artıq istifadə edilir”.

Təşkilat bildirir ki, İran rəhbərliyi IR-4 sentrifuqlarının daha dörd kaskadını obyektdə qurmağı planlaşdırır.

Qeyd edək ki, BAEA keçən həftə Tehranın Nətənz nüvə obyektində uranın 60% səviyyəsində zənginləşdirilməsinə başladığını açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR