İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqlayıb

İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqlayıb
# 04 dekabr 2019 12:03 (UTC +04:00)

"İran hələ də ABŞ-la danışıqlara hazırdır".

APA-nın xəbərinə görə, bu barədə İran Prezidenti Həsən Ruhani yerli televiziyada çıxışı zamanı deyib. Onun sözlərinə görə, sansksiyaların aradan qaldırması şərtilə İran hələ də ABŞ-la danışıqlara hazırdır:

"Əgər onlar sanksiyaları bir kənara qoyarsa, biz müzakirələr keçirməyə hazırıq və hətta bu, 5+1 formatında olan öllkələrin liderlərinin görüşü səviyyəsində keçirilə bilər. Biz sanksiyalar altındayıq. Bizə qarşı sanksiya tətbiq edənlərə qarşı dirənməkdən və müqavimət göstərməkdən başqa seçimimiz yoxdur. Lakin eyni zamanda biz danışıqlar üçün pəncərəni də bağlamamışıq.

İran xalqına deyirəm ki, Amerika sanksiyalarını ləğv etməyə hazır olduqda, dərhal "5+1" formatında liderlərlə görüş keçirilə bilər və bizim bununla bağlı heç bir problemimiz yoxdur", - deyə İran Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR