İran XİN ABŞ-da baş verən etiraz aksiyalarına münasibət bildirib

İran XİN ABŞ-da baş verən etiraz aksiyalarına münasibət bildirib
# 01 iyun 2020 13:07 (UTC +04:00)

İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da baş verən etiraz aksiyalarına münasibət bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, XİN-in mətbuat katibi Seyid Abbas Musəvi deyib ki, ABŞ hökuməti ölkədə baş verənlərə qeyri-demokratik yanaşır.

“Onlar müdafiə etdikləri insan haqları prinsiplərini pozurlar. Görürük ki, onlar əslində demokratiyanın düşmənidirlər”, - deyə XİN rəsmisi vurğulayıb.

O qeyd edib ki, ABŞ başqa ölkələrin daxili işlərinə qarışmaq əvəzinə öz problemlərini həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR