İranda 200 nəfər sudan zəhərlənib

İranda 200 nəfər sudan zəhərlənib
# 09 sentyabr 2020 10:04 (UTC +04:00)

İranda bir kəndin 200 sakini sudan zəhərlənib.

APA-nın Tehran bürosunun məlumatına görə, Kirmanşah əyalətinin Salas Babacani kəndinin bir qrup sakini bazar ertəsi və çərşənbə axşamı zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Get-gedə müraciət edənlərin sayı artıb. Müraciət edən xəstələrdən bəziləri ambulator müalicə alıb, bəziləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Kirmanşah əyalətinin Böhranın İdarəetmə İdarəsinin rəhbəri Cəlil Balayi zəhərlənmənin sudan olduğunu təsdiqləyib: “Əyalət başçısının göstərişi ilə hazırda böhran qrupu yaradılıb və hadisənin baş vermə səbəbləri araşdırılır”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR