İranda 4 bal gücündə zəlzələ olub

İranda 4 bal gücündə zəlzələ olub
# 10 mart 2020 10:06 (UTC +04:00)

İranın Qərbi Azərbaycan əyalətinin Xoy bölgəsində Qotur məntəqəsində 4 bal gücündə zəlzələ baş verib.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 06:23 dəqiqədə 10 km dərinlikdə qeyd alınıb.

Dağıntı və tələfat haqda məlumat verilməyib.

Xatırladaq ki, fevralın 23-də Xoy şəhərində baş verən zəlzələdə 109 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR