İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb

İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
# 12 fevral 2020 00:24 (UTC +04:00)

İranın Gilan əyalətinin Rəşt və Rudbar şəhərlərində baş vermiş qar uçqunu nəticəsində 7 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi bildirib.

Onun sözlərinə görə, ölənlərdən 5 nəfəri Rudbar, 2 nəfəri isə Rəşt şəhərində qar uçqunu altında qalaraq həyatını itirib.

Güclü qar və boran nəticəsində Gilan əyalətində yollar bağlanıb. Çox sayda insan yollarda qalıb. İran yol polisi əhaliyə müraciət edərək Gilan əyalətinə səfər etməməyə çağırıb. Yolda qalan sərnişinlər isti paltar və yeməklə təmin olunub. Həmin ərazilərə yardım məqsədilə digər əyalətlərdən xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Qəzvin-Rəşt maqistral yolu bağlanıb. Güclü qar bəzi bölgələrdə işıqların sönməsinə səbəb olub. 78 nəfər yolların buz bağlaması nəticəsində yıxılaraq müxtəlif dərəcəli xəsarət alıb.

Xatırladaq ki, Gilan əyaləti Azərbaycanla sərhəddə yerləşir. Azərbaycanın Astara şəhəri Gilan əyalətinin Astara şəhəri ilə həmsərhəddir. Azərbaycandan Astara sərhəd keçid məntəqəsilə İrana səfər edənlər çox vaxt Rəşt - Qəzvin maqistral yolundan istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR