İranda “Zülfüqar99” adlı irimiqyaslı hərbi təlimlər keçiriləcək

İranda “Zülfüqar99” adlı irimiqyaslı hərbi təlimlər keçiriləcək
# 09 sentyabr 2020 12:10 (UTC +04:00)

İranda sentyabrın 10-da “Zülfüqar99 ” şərti adı ilə irimiqyaslı hərbi təlimlər keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Həbibullah Səyyari bu gün keçirdiyi mətbuat konfransında deyib.

H.Səyyari deyib ki, təlimlərdə ordunun bütün qüvvələri, o cümlədən Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Hava Hücumundan Müdafiə Qüvvələri və Quru Qoşunları iştirak edəcək: "Müştərək təlimlər 2 milyon kvadrat kilometr ərazidə Hörmüz boğazının şərqi, Mekran sahilləri (İranın Cask limanından Pakistanın Kəraçi limanına kimi olan əraziyə Mekran sahiləri deyilir), Oman və Hind Okeanında keçiriləcək”.

Onun sözlərinə görə, 3 günlük təlimlərdə İran istehsalı olan “Simorğ” pilotsuz təyyarəsi və Camaran gəmiləri iştirak edəcək.

Təlimlərdə məqsəd silahlı qüvvələrin və digər güc qurumlarının birləşmələrindən döyüşdə istifadəyə dair planların reallığını yoxlamaqdan və onların arasında qarşılıqlı fəaliyyəti təkmilləşdirməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR