İranda avtobus aşıb, 3 nəfər ölüb, 26 nəfər yaralanıb

İranda avtobus aşıb, 3 nəfər ölüb, 26 nəfər yaralanıb
# 03 fevral 2020 09:36 (UTC +04:00)

İranda avtobus aşıb, 3 nəfər ölüb

İranda avtobus aşıb, 3 nəfər ölüb, 26 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün səhər yerli vaxtla saat 04:30 radələrində Zəncan-Qəzvin maqistral yolunda baş verib.

İlkin məlumata görə, hadisəyə sürücünün yuxulu olması səbəb olub.
Avtobus Ərdəbildən Tehrana gedirmiş. Avtobusda 35 sərnişin olub.
Yaralılar xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR