İranda avtobus dərəyə aşıb, 16 nəfər xəsarət alıb

İranda avtobus dərəyə aşıb, 16 nəfər xəsarət alıb
# 19 iyun 2020 09:58 (UTC +04:00)

İranda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, yol qəzası bu gün səhər Tehran əyalətinin Firuzkuh bölgəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi 15 metr hündürlükdən dərəyə aşıb.

Qəza nəticəsində mikroavtobusda olan 16 sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR